Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Təsadüfi tapıntı: 8 milyon il əvvələ aid fil - FOTO

Mərkəzi Makedoniyada fermerlər çöl işləri zamanı fil qalıqlarına rast gəliblər.

Yenicag.az “Daily Mail”ə istinadən xəbər verir ki, tapıntı yerində dərhal Makedoniya və Bolqarıstandan poleontoloqlar çağırılıb.

Alimlər müəyyən ediblər ki, qalıqlar həmin yerlərlə təxminən 8 milyon il əvvəl yaşayan heyvana məxsusdur. Tapıntının dəqiq hansı növə aid olduğu məlum olmasa da, sümüklərin müasir fillərin əcdadlarından birinə məxsus olduğu güman edilir.

Poleontoloqlar müəyyən ediblər ki, ölüm zamanı filin 50 yaşı olub, çəkisi isə təxminən 10 ton təşkil edib.

www.yenicag.az

1358
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS