!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tətildən sonra “çətinləşən” İŞƏ ADAPTASİYA: “Hətta bazar günləri bir dəfə gec oyanmaq…”

!Reklam – Yazi

 

“İş rejimində gümrah olmaq üçün tətil günlərində istirahətə tam adaptasiya olmaq məsləhət görülmür”.

Bu fikirləri bir həftəlik tətil müddətindən sonra iş rejiminə yenidən adaptasiya olmağın çətinliklərindən danışan psixoloq Ezgi Şahin Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, işləyən insanların tətil günlərində daha çox yatmaları yuxu rejimində müəyyən problemlərə gətirib çıxara bilər:

“Tətil günlərindən çox yatmaq yuxu rejiminin pozulmasına və iş rejiminə adaptasiya olmaqda müəyyən çətinliklərin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, tətil günlərində çox yatmamağa diqqət yetirmək lazımdır. Eyni zamanda, tətil üçün qurulan planları nisbətən iş saatlarına uyğunlaşdırmaq lazımdır ki, sonradan bu cür problemlər yaşanmasın.

İnsan orqanizmi elə bir psixologiyaya malikdir ki, öyrəşdiyi durumu tərk etməsi bir qədər çətin olur. Hətta bazar günləri bir dəfə gec oyanan insan ertəsi gün daha tez oyanmağa əziyyət çəkir. Ona görə də iş rejimində gümrah olmaq üçün tətil günlərində istirahətə tam adaptasiya olmaq məsləhət görülmür. Fikrimcə, yalnız tətil günlərində deyil, adi günlərdə də insanlar gündəlik görəcəyi işlərlə, yerinə yetirəcəyi rutinlərlə bağlı cədvəldən istifadə etməlidir.

Tətil günlərində evdə oturmaq əvəzinə, fiziki aktivliyin artırılması, heç olmasa, istirahəti çöl şəraitində daha səmərəli təşkil etmək gərəkdir. Araşdırmalar göstərir ki, Novruz tətilindən sonra adaptasiya problemlərinin yaşanmasının digər səbəbi insanın mart, aprel kimi isti aylarda çöl şəraitində daha çox zaman keçirmə həvəsinin yaranması ilə bağlıdır. İnsanların orqanizmi soyuq qış aylarında qapalı yerdə işləməyə daha çox meylli olduğundan, isti havalarda vəziyyət dəyişir”.

İsmayıl Bakuvi

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv