!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Texas qubernatoru: "Biz ABŞ hökuməti ilə birbaşa silahlı münaqişəyə hazırlaşırıq"

!Reklam – Yazi

Texas qubernatoru federal hakimiyyət orqanları ilə münaqişəyə hazır olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Texas ştatının qubernatoru Qreq Ebbot jurnalist Taker Karlsonla müsahibəsində bildirib. O, ştatın sərhədlərinin qeyri-qanuni miqrantlardan qorunması məsələsində federal hakimiyyət orqanları ilə münaqişəyə hazır olduğunu bildirib.

Ağ Ev Texas hakimiyyətini Meksika ilə sərhəddə vəziyyəti pisləşdirməkdə ittiham edib.
Spiker Conson ABŞ-nin cənub sərhədi ilə bağlı hazırkı razılaşmaları “uğursuzluğa məhkum” adlandırıb.

“Düşünürəm ki, gələn il yanvarın 20-nə qədər hər şey həll olunacaq. Ümid edirəm ki, yeni prezident and içəcək. O, təkcə Texas sərhədi ilə bağlı deyil, bütün ölkə üçün immiqrasiya qanunlarını sərtləşdirəcək”, – qubernator deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Donald Tramp, İlon Mask, eləcə də 25 ştatın respublikaçı qubernatorları Ebbottu dəstəklədiklərini bəyan etmişdilər.

Yanvarın 22-də ABŞ Ali Məhkəməsi Ebbottun miqrant axınına qarşı mübarizəsi çərçivəsində Texasda ABŞ-Meksika sərhədində quraşdırılmış 30 mil (təxminən 48 km) məftilli hasarın sökülməsinə qərar verib.
Məhkəmənin qərarı Sərhəd Xidmətinə məhkəmə zamanı sərhəd boyu naqilləri kəsməyə icazə verib

Xuraman Etibarlı

 

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv