Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Təxirəsalınmaz çağırışın icra müddəti bir saatdır” – 103 xidməti barədə bilmədiklərimiz

“Bəzi hallarda çağırış verən şəxs şikayət edir ki, təcili yardım maşını gec gəldi”.

Bu sözləri Yenicag.az-a Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və Hospital İşləri üzrə baş həkimin müavini Murad Mirzəzadə deyib. O, açıqlamasında təcili tibbi yardım maşınlarının gecikməsindən danışıb. Bildirib ki, çağırışçılar təcili və təxirəsalınmaz yardımı ayırd edə bilmədiklərinə görə, stansiya həkimləri ilə müəyyən problemlər yaşayırlar:

”Adımızdan bəllidir ki, biz Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıyıq. İki cür çağırış var: təcili və təxirəsalınmaz. Bəzən çağırış verən şəxsdən şikayətlər daxil olur ki, təcili yardım yarım saatdan sonra gəldi. Lakin çağırışı araşdırdıqda məlum olur ki, bu, təcili yox təxirəsalınmaz çağırışdır. Təxirəsalınmaz çağırışı icra etmək üçün də həkimin bir saata qədər vaxtı var. Çünki ilk növbədə təcili yardım çağırışı icra olunur.

Məsələn, təsəvvür edək ki, stansiyaya ürək ağrısı və qızdırma ilə bağlı iki çağırış daxil olur. İlk olaraq hansı icra edilməlidir? Təbii ki, birinci vəziyyət daha kritik və ciddi olduğuna görə, həkimlər o çağırışa gedəcək. Aydın məsələdir ki, həmin çağırış 20-30 dəqiqə çəkə bilir. Məhz buna görə də digər çağırışı verən şəxs şikayətlənir ki, niyə gecikmə halları olur? Belə olduqda bacardığımız qədər məsələni qarşı tərəfə izah edirik”.

M. Mirzəzadə həmçinin, çağırışların daha tez icra olunmasına görə, təcili yardım maşınları üçün xüsusi zolaqların salınmasının vacibliyini də vurğulayıb:

“Çox istərdim ki, bu məsələni Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi diqqətdə saxlasın. Bu, bizim işimizi asanlaşdırar, çağırış yerlərinə vaxtında gedib çata bilərik. Ümid edirəm ki, bizdə də bu problem nə zamansa, öz həllini tapacaq”.

Elvin Paşazadə

www.yenicag.az

2042
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM