!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Texnofest”də şəhid övladlarının xüsusi bacarıqlarının əks olunduğu təqdimat nümayiş etdiriləcək

!Reklam – Yazi

Mayın 26-dan 29-dək ölkəmizdə təşkil olunacaq Türkiyənin ən böyük texnologiya festivalı “Texnofest”də şəhidlərimizin övladlarının xüsusi bacarıqlarının əks olunduğu təqdimat nümayiş olunacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, həmin məqsədlə “YAŞAT” Fondu robotexnikaya marağı olan 8-12 yaş aralığındakı şəhid övladlarını Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasında kurslara cəlb edib.

Qeyd edək ki, bu günə kimi Fond tərəfindən təhsil istiqaməti üzrə 132 şəhid ailə üzvünün 168 müraciəti, 27 əlilliyi müəyyən olunmuş şəxsin 32 müraciəti təmin edilib. Ətraflı məlumatı https://yashat.gov.az/report/tableau hesabatlar bölümündən əldə edə bilərsiniz.

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv