!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Texnologiya rəhbərlərinin bu il itirdiyi yüz milyardlarla dollar - ŞOK MƏBLƏĞLƏR

!Reklam – Yazi

Dünya iqtisadiyyatının sarsıldığı 2022-ci ildə birja aktivləri və texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb və nəhəng milyarderlərin aktivlərinə mənfi təsir edib.

Yenicag.az “Sözçü”yə istinadən bildirir ki, pandemiya zamanı satışlar sürətlə artsa da, ümumilikdə bu il texnologiya ehtiyatlarının dəyəri əhəmiyyətli dərəcədə azalıb. Ona görə də son on ildə başgicəlləndirici sürətlə böyüyən texnologiya nəhəngləri iqtisadiyyatdakı yavaşlama səbəbindən işə qəbulu dondurmağa və kütləvi ixtisarlara başlayıb.

İstənilən halda texnologiya rəhbərləri milyardlarla dollar itirsələr də, hələ də böyük sərvətləri var. Bundan əlavə, bir çox milyarderin sərvəti 2019-cu illə müqayisədə xeyli yüksəkdir. Məsələn, “Facebook”un qurucusu Mark Zukerberqin sərvəti 45 milyard dollar dəyərindədir. Bu rəqəm İslandiya iqtisadiyyatının ümumi daxili məhsulundan çoxdur.

Lakin geosiyasi böhranlar, inflyasiya, artan faiz dərəcələri və yavaşlayan iqtisadiyyatlar bir çox milyarderlərin sərvətini kəskin şəkildə azaldıb. Belə ki, “Tesla”, “SpaceX”“Twitter”in Baş direktoru İlon Mask bu il 140 milyard dollar sərvət itirib. Maskın itkisi bu il bütün milyarderləri üstələyib.

“Amazon”un qurucusu Jeff Bezos bu il bazarda ən pis illərindən birini keçirib və şirkətin səhmlərinin illik müqayisədə təxminən 50 faiz ucuzlaşması nəticəsində 86 milyard dollar itirib.

“Google” təsisçiləri və “Alphabet” idarə heyətinin üzvləri Sergey BrinLarri Peyc bu il birlikdə 88 milyard dollar itirib.

“Microsoft”un həmtəsisçisi Bill Qeyts isə 2022-ci ildə təxminən 29 milyard dollar itirib. Qeytsin sərvətindəki bu azalma birjadakı enişlə paralel olub. Həmçinin “Microsoft”un keçmiş baş direktoru və “Los Angeles Clippers”in sahibi Stiv Balmer bu il şirkətin səhmlərinin azalması səbəbindən 20milyard dollardan çox itirib.

Gülşən

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv