!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Texnologiyaların uşaqlara TƏSİRİ: "Valideyn telefondan ayrılıb kitab oxumağa başlasa..." - Psixoloqdan XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Bu kimi hallar gələcəkdə uşaqda davranış pozuntusuna gətirib çıxarır”.

Bu fikirləri artan texnoloji imkanların uşaqların inkişafına təsirləri barədə danışan psixoloq Leyla Fətəli Yenicag.az-a açıqlamasında deyib.

“Ümumiyyətlə, valideyn anlamalıdır ki, uşaq ağlayırsa, deməli, o baş verən hansısa hadisədən narazıdır, ya manipulyasiya edir, ya da bu, davranış pozuntusudur. Öz işini rahatlatmaq üçün uşağa həmin an telefon vermək, eşitməmək, uşağın nəyə görə ağladığını soruşmamaq absurddur.

Bu kimi hallar gələcəkdə uşaqda davranış pozuntusuna gətirib çıxarır. Uşaq ağlayırsa, öz etirazını bildirir. Lakin valideyn öz bildiyini edərək uşağın etirazını nəzərə almır.

Son zamanlar inkişafdan geri qalma, nitq ləngiməsi kimi hallar baş alıb gedir. Hamısı telefondan, televizordan çox istifadə edilməsinə görədir. Uşaq nə qədər telefondan, televizordan, planşetdən uzaq dursa, bir o qədər inkişaf etməsi tezləşəcək.

Uşağı telefonla, televizorla sakitləşdirmək gələcəkdə nitqinin ləngiməsinə, onda psixoloji pozuntuya gətirib çıxarır. Yalnız dərs üçün telefondan istifadə etmək olar. Məntiqi inkişaf etdirmək üçün telefon oyunu yerinə, vəsaitlərdən istifadə etmək daha yerinə düşər. Misal üçün “puzzle”. Valideyn telefondan ayrılıb kitab oxumağa başlasa, uşaq da ona qoşulacaq. Uşaq ailədə nə görürsə, onu da icra edir”.

Lamiyə Dərgah

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv