!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Texnologiyanın uşaqlara təsiri: Valideynlərin arxa plana keçdiyi internet dövrü - Ekspertdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Valideynlərin övladlar üzərində məsuliyyəti artmalıdır. Nəzarət sistemi olmalıdır. Çünki texnologiya dövrüdür”.

Bu sözləri son dövrlərdə yayılan azyaşlıların evdən qaçması, evləndirilməsi məsələsini şərh edən sosioloq Üzeyir Şəfiyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, uşaqların sosial şəbəkələrdən istifadəsi balanslaşdırılmalıdır:

“Məsələn, xarici ölkələrdə uşaqlar internetdə yalnız bir neçə saat keçirə bilər. Valideynlər də onların sosial şəbəkələrdə nə etdiyinə nəzarət edir. Hətta Avropa İttifaqı da bu məsələni dəfələrlə qaldırıb. Çində 12-15 yaş aralığında uşaqlar yalnız 30 dəqiqə telefondan istifadə edə bilərlər. Yaxşı olardı ki, ölkəmizdə də bu məsələlər qanunla tənzimlənsin.

Bundan əlavə, valideynlər öz uşaqları ilə ünsiyyət qurmalıdır. Psixoloqlar, sosial işçilər ailələrlə işləməlidir. İnternetin neqativ tərəfləri barədə uşaqlara məlumat verilməlidir. Cəmiyyət və hüquq-mühafizə orqanları da bu məsələyə həssas yanaşmalıdır. Çünki artıq ard-arda belə hadisələr baş verib. Çox anormal bir vəziyyətdir.

Necə ola bilər ki, 40-45 yaşında olasan, amma övladın yaşda uşağa tamah salasan. İstər real olsun, istərsə də virtual, yeni tanıdığınız insanlara güvənməyin. Elə bir məsələdir ki, gərək, hamılıqla mübarizə aparaq”.

Şahanə Paşa

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv