!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Texnoloji yenilik, yoxsa CİNAYƏT: Bu cihaz ölkə əhalisinin kabusuna çevrilə bilər – XƏBƏRDARLIQ

!Reklam – Yazi

Həm işlərimizi asanlaşdırması, həm də həyatımıza bir çox yeniliklər qatması baxımından rəqəmsallaşmanın rolu danılmazdır. Lakin bəzən rəqəmsallaşma cinayətlərin artmasına da öz təsirini göstərir. Məsələn, kiberhücumlar nəticəsində məxfi məlumatların ələ keçirilməsi, pulların qarəti və s. qeyd etmək olar. Bu cihazlardan biri də “Flipper Zero”dur. Bu cihaz soyğunçunun, xüsusən də avtomobil oğrularının diqqətini çəkməyi bacarıb. İlk olaraq bu alət itmiş parolları bərpa etmək üçün nəzərdə tutulub. Lakin kiberhücumçular bundan sui-istifadə etməyə başladı. “Flipper Zero”ya edilən müdaxilə nəticəsində qaraj qıfılları açıla, hətta yeni nəsil nəqliyyat vasitələri ələ keçirilə bilər.

Yenicag.az-a açıqlama verən İKT informasiya mərkəzinin direktoru Fərid Kazımov Azərbaycanda bu cihazdan istifadənin mümkün olub-olmayacağı barədə danışıb. Ekspert “Flipper Zero” vasitəsi ilə oğurluğu o qədər də inandırıcı hesab etmədiyini bildirib:

“Digər ölkələrə nisbətən Azərbaycanda avtomobil oğurluğu çox aşağı səviyyədədir. Buna görə də ölkəmizdə “Flipper Zero” cihazından istifadə ilə nəyisə ələ keçirmək o qədər də inandırıcı görünmür. Hər bir virusa qarşı antiviruslar istehsal edilir. Yəqin ki istər hüquq mühafizə orqanları, istərsə də digər qurumlar tərəfindən bu cihazın təhlükəli funksiyasına qarşı zəruri tədbirlər görüləcək”.

Sadiq Cavadov

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv