Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təxribat, yoxsa terror? - Əsir diversantlar, sərhədə cəmləşən erməni tankları - Qaliblə məğlubun ƏKS GÜC NÜMAYİŞİ

Müdafiə nazirliyi mayın 27-də saat 03.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərməsi, Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən 6 hərbi qulluqçusu mühasirəyə alınaraq, zərərsizləşdirilərək əsir götürülməsi barədə informasiya yayıb.

Əslində dünən “Erməniyə döydürülən əsgərimiz və generalitetin “MUNDİR ŞƏRƏFİ” başlıqlı yazıda da, Azərbaycan ordusunun düzgün xidmət təşkil edəcəyi təqdirdə, o cür çirkin görüntülərin üzə çıxmayacağına işarə vermişdik. Əgər həmin ərazidə düzgün müdafiə təşkil olunsa idi, heç ermənilər o çadıra girə bilməzdi və əsgərlərimiz o cür aşağılanmazdı.

Bu gün 6 erməni hərbçisinin əsir götürülməsi məhz düzgün xidmətin təşkili nəticəsidir. Demək ki, Azərbaycan hərbçiləri yatmayıb, düzgün müşahidə aparıb, rabitə əlaqəsi olub və ehtiyat qüvvələr vaxtında əraziyə çatıb.

Gələk erməni hərbçilərinin təminat yolunda mina basdırmaq cəhdlərinin qarşısının alınmasına. Bir neçə yazıda qeyd etmişdim, zabitlərlə söhbət zamanı da demişdilər ki, xüsusən Hadrut istiqamətində minaya düşmə halları şübhəlidir. Zabitlər bildirirdi ki, daim işlək yolda minaya düşmə halları olur. Əllərində fakt olmadığı üçün minanın daha dərində olduğu nəzərə alınaraq aylar sonra partlamasını düşünürdülər. Ancaq iddia edirdilər ki, gizlin şəkildə gəlib erməni hərbçiləri mina basdırıb gedirlər. Təbii ki, əlimizdə fakt olmadığı üçün bunu iddia kimi yazırdım. Ancaq dünən gecə baş verənlər iddiamızın gerçək olmasına dəlalət edir. Əgər o erməni hərbçiləri mina basdırarkən yaxalanmasalar, yenə mina dərində olub, ona görə kiminsə bəxtinə indi partlayıb deyiləcəkdi.

Ermənistan Müdafiə nazirliyi açıqlama yayıb. Açıqlamada hərbçilərinin minalanma deyil, mühəndis fəaliyyəti həyata keçirdiyini bildirirlər. Anlamadım, minalama mühəndis fəaliyyətinin bir növü deyil? Erməni hərbçiləri gəlib, Azərbaycan tərəfdə tikanlı məftil çəkirdilər? Yoxsa basdırdıqları minaları təmizləyirdilər? Yoxsa Ermənistan ordusunda hikinglik də mühəndis fəailiyyəti sayılır?

Azərbaycan Müdafiə nazirliyi əsir götürülən erməni hərçilərini nədənsə təxribatçı adlandırır. Hadisəyə “təxribatçılıq” adı qoymaq sadəcə olaraq gülüncdür. Əgər erməni diversantları mina basdırsa və o minaya Azərbaycan əsgəri düşüb şəhid olsa idi, həmin əsgər təxribatın yox, terrorun qurbanı sayılmalıdır. Müharibə bitib, sərhədlər çəkilir, Azərbaycan sərhəddi daxilində istər hərbçisinə, istər mülki əhalisinə qarşı edilən qəsd terror fəaliyyətidir. Bu səbəbdən də, bu 6 əsir daha əvvəl ələ keçirilmiş terrorçuların gözünə qatılmalıdır. Bir şeyi anlamaqda çətinlik çəkirəm, həm diversiya fəailiyyəti var, həm tankları və hərbi texnikaları cəmləşir, ancaq Azərbaycan dövləti buna çox yüngül “təxribatçı” adı qoyur? Ürkək yanaşmadır!

Bütün bunlar baş verərkən Rusiyanın sülhməramlı qüvvələri nə işlə məşğuldur? Az qala hər gün gərginlik, hər gün bir hadisə baş verir. Niyə müdaxilə edilmir? Məğlub tərəfə niyə məğlub olduğu başa salınmır? Rusiya sülhməramlı qüvvələri niyə hər iki tərəfə bərabər gözlə, hətta Ermənistana daha çox yaxın dayanır? Qaliblə qalib, məğlubla, məğlub kimi davranmaq lazımdır.

Çox keçməyəcək, Rusiya sülhməramlı qüvvələrin komandanı Rüstəm Muradov təyyarə ilə Bakıya gələcək ki, Azərbaycan tərəfinin “əsir” dediyi, əslində terror fəaliyyəti göstərən erməni diversantlarını aparsın. Rusiya Rüstəm Muradovu sülhməramlı qüvvələrə, yoxsa elçi daşı üstündə oturmağa komandan təyin edib, o da bəlli deyil. Standart olaraq görmüşük ki, qalib tərəf daşqınlıq, çılqınlıq edər, ipə-sapa yatmaz. Bu müharibənin sonunda isə tam əksini görürük. Qalib tərəf təmkin nümayiş etdirir, məğlub tərəf isə ərköyün uşaqlar kimi özünü aparır.

Düşünürəm ki, bütün bu baş verənlər yaxın zamanda anti-terror əməliyyatını qaçınılmaz edəcək.

Səxavət Məmməd

www.yenicag.az

625
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100