!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təyyarədə QORXULU ANLAR: Sərnişin stüardessanı girov götürərək öldürmək istədi - FOTO

!Reklam – Yazi

Aqressiv sərnişin təyyarə bələdçisini girov götürərək başını kəsməklə hədələyib.

Yenicag.az “Mirror”a istinadla bildirir ki, Amerika aviaşirkətinin göyərtəsində sərnişin stüardessanın başını kəsəcəyini vəd edib.

İnsident Delta Hava Yollarına məxsus Atlantadan Nyu Orleansa uçan təyyarənin göyərtəsində baş verib. Mənbənin sözlərinə görə, 39 yaşlı Nelson Montqomeri artıq uçuş başa çatan zaman əlbəyaxa dava edib.

Əvvəlcə o, özünəxəsarət yetirib. Hadisə şahidləri təyyarə personalını köməyə çağıranda artıq onun boynundan qan axırmış. Daha sonra Montqomeri stüardessanın qollarından tutub və onlara yaxınlaşan olarsa, “başını kəsəcəyi ilə” hədələyib. İnandırmaq üçün kişi sınmış şüşə parçasını stüardessanın boynuna qoyub.

Sərnişinlər və digər ekipaj üzvləri aqressiv sərnişini zərərsizləşdirməyə çalışıblar. Məlumata görə, bunun üçün səkkiz adamın gücü tələb olunub. Onlar təyyarə enənə qədər həmin şəxslə çarpışmalı olublar.

Yerə çatan kimi hadisəni törədən şəxs tutulub. O, xəstəxanaya yerləşdirilib. Üzündə iki kəsik olan stüardessaya yerindəcə kömək göstərilib.

Hadisədən sonra aviaşirkət uçuşda baş verənləri təsdiqləyib və bu cür davranışa dözümsüzlüyünü bəyan edib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Montqomerinin motivlərini və hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər.

Məsimə

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv