!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tez əsəbiləşmək bu xəstəliyin ƏLAMƏTİDİR

!Reklam – Yazi

Gündəlik həyatda tez-tez əsəbiləşirsiniz? Bu vəziyyətin başqa bir səbəbi də ola bilər.

Yenicag.az xəbər verir ki, mütəxəssis dietoloq Şükrü Can Gülşen ani əsəbin şəkər xəstəliyinin əlaməti ola biləcəyini bildirib.

O qeyd edib ki, diabetin iki növü var:

“1-ci tip diabet dediyimiz, anadangəlmə mədəaltı vəzinin beta hüceyrələrinin lazımi səviyyədə işləyə bilmədiyi və heç bir insulin istehsal etmədiyi, ancaq kənardan insulin qəbul etməli olduğu patoloji vəziyyətdir. 2-ci tip diabetdə insulinə qarşı müqavimət var və bu, kifayət qədər insulinin istifadə edilə bilməyəcəyi deməkdir.

Beyin qanda qlükoza səviyyəsinin dəyişməsinə çox həssasdır. Bu disbalans şəkərli diabet xəstələrində geniş yayıldığı üçün beyin stress hiss edir və stress hormonları normaldan fərqli işləyir. Bu da beyinə mənfi təsir göstərir.
Şəkər xəstələrində əsəbiliyin ən çox görülən səbəbi budur. Bu xəstəlikdən əziyyət çəkənlər mütəmadi olaraq idman etməli, çox su içməli, ən əsası isə xüsusi pəhriz müalicəsi tətbiq etməlidirlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv