!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tez-tez səyahət edənlərin NƏZƏRİNƏ: Ölümcül xəstəlik riskləri... - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Bildiyimiz kimi, yay ayları turizm dövrünün artdığı mövsümdür. Dünya alimləri bildirib ki, turistlər bu il çox diqqətli olmalıdır.

Yenicag.az xəbər verir ki, Avropanın bəzi bölgələrində yeni həşərat növləri yaranıb. İqlim dəyişiklikləri həmin canlıların daha da artmasına səbəb olur.

Sözügedən həşəratlar insanlarda tropik xəstəliklərin yaranmasına səbəb ola bilər. Hətta bəzi turistlərdə artıq simptomlar başlayıb. İlkin olaraq, tipik ağcaqanad dişləməsinə oxşasa da, əslində vəziyyət ciddidir. “Qərbi Nil qızdırması” adlanan xəstəlik insanı bir neçə gün ərzində öldürə bilər.

Alimlər və aidiyyəti qurumlar qeyd edib ki, həll yolu olaraq ekoloji tədbirlər alınmalıdır. Daimi su mənbələri yox edilməlidir. Həmçinin təhlükə qrupuna daxil olan ölkələrə səyahət edən turistlər mümkün qədər kondisionerli otaqlarla olmalı, uzun qol paltarlar geyinməlidir ki, həşəratların dişləməsinə məruz qalmasın.

Şahanə

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv