!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

 "The Times": "Ukrayna və Qərb kəşfiyyat orqanları arasında münasibətlər pisləşir" - FOTO

!Reklam – Yazi

Ukrayna və Qərb kəşfiyyat orqanları arasında münasibətlər pisləşir. 

Yenicag.az xəbər verir ki, bu barədə İngiltərənin “The Times” qəzeti məlumat yayıb.

Britaniyalı politoloq hesab edir ki, Vaşinqton və London Ukraynanın Rusiya ərazisində siyasətçilərə və jurnalistlərə qarşı terror aktları təşkil etməsindən narazıdır.

Eyni zamanda, Kiyev öz planlarını müttəfiqləri ilə bölüşmür və taktikanı dəyişməyə hazır deyil.

ABŞ və Britaniya Moskvanın “cavab tədbirləri” görəcəyindən qorxur. Çünki onlar düşünürlər ki, “ukraynalılar Qərbin onlara dediyini edir”.

Qərbin Ukrayna agentlərinin Rusiyada topladığı kəşfiyyat məlumatlarından daha çox asılı olduğu da vurğulanır. Ona görə də Qərb çətin ki, Kiyevə yaxşı təzyiq göstərə bilsin.

Xuraman Etibarlı

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv