!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tibb Universitetinin rektorundan humanitar təşəbbüs - FOTO

!Reklam – Yazi

Hər il Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə ATU-da təhsil alan valideyn himayəsindən məhrum olmuş, maddi durumu aşağı olan, Qarabağ əlili və şəhid ailəsi övladlarına pulsuz “Excimer” əməliyyatı icra olunur.

Əməliyyatı yerinə yetirən oftalmoloq-həkim Qurban İsmayılov bildirib ki, xeyriyyə aksiyası artıq 4 ildir ki, davam edir:

“Əməliyyatlar Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında aparılır. Bu il aksiyaya yenilik edilib. Həm Tibb Universitetində, həm də başqa universitetdə təhsil alan tələbələrin Excimer əməliyyatı icra olunub. Aprelin 28-də mərhum oftalmoloq, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş humanitar xeyriyyə aksiyasına start verilib. Bu münasibətlə 14 tələbə əməliyyat olunub.

Mayın 10-da isə Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə 24 tələbəyə Excimer əməliyyatı icra olunacaq. Əməliyyat olunan tələbələrdən 8-i başqa universitetin, 16-si isə Tibb Universitetinin tələbələridir”.

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv