Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ticarət Mərkəzlərində dezinfeksiya işləri davam edir - AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşları Azərbaycan hökumətinin koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün gördüyü tədbirlərə dəstək olmağa, izdihamlı yerlərdən, o cümlədən qapalı məkanlardan yayınmağa çağırıb. Bununla əlaqədar Novruz bayramı münasibətilə kütləvi tədbirlər ləğv edilib.

Martın 12-nə planlaşdırılan “Dəniz Mall”un açılışı da qeyri-müəyyən vaxta təxirə salınıb.

Bununla bərabər, Azərbaycandakı digər ticarət mərkəzləri eyni rejimdə – 10:00-dan 22:00-a qədər işləyirlər.

Məsələ ilə bağlı Media.Az-a açıqlama verən “PashaConstruction Malls Group”un Marketinq Departamentinin rəhbəri Nuranə İskəndərova bildirib ki, “28 Mall”, “Amburan Mall”, “Gəncə Mall”, “Gənclik Mall” və “Port Baku Mall” ticarət mərkəzlərində koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri aparılır, sanitariya-gigiyena tədbirləri gücləndirilib.

Öz növbəsində, “Park Bulvar”ın PR meneceri Günay Novruzqızının verdiyi məlumata görə, bu ticarət mərkəzində də koronavirusun yayılmasının qarşısının alınması tədbirləri görülür:

“Ərazini təmizlədikdən sonra gecə müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyenik sertifikatı olan “Biocon” və “Chloromed” xüsusi məhsullarından istifadə olunur. Bu maddələr insan sağlamlığına zərər vermirlər. Ticarət mərkəzinin ərazisində yerləşən bütün obyektlərdə dezinfeksiya işləri aparılır”.

www.yenicag.az

405