!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tik-tok” bu səbəbə görə cərimələnir

!Reklam – Yazi

Avropa Məlumatların Mühafizəsi Şurası Çinin “Tik-tok” platformasını uşaqların məxfiliyini pozduğuna görə milyonlarla funt sterlinq cərimələmək qərarına gəldiyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Cərimənin dörd həftə ərzində veriləcəyi gözlənilir.

Tənzimləyici bu qərarı 2021-ci ildə İrlandiya Məlumatların Mühafizəsi üzrə Komissarının başlatdığı araşdırmadan sonra qəbul edib.

O, “Tik-tok”un Aİ-nin ümumi məlumatların qorunması qaydalarına uyğunluğunu və platformanın 13-17 yaşlı uşaqların məlumatlarını necə idarə etdiyini nəzərdən keçirib.

Aİ-nin rəqəmsal xidmətlər haqqında qanununa əsasən, “Tik-tok”, feysbuk və digər iri onlayn platformalar qanunsuz məzmuna nəzarət etməli, müəyyən reklamları qadağan etməlidirlər.

Qeyd edək ki, bu ilin əvvəlində “Tik-tok” valideynlərin razılığı olmadan platformadan istifadə edən 13 yaşından aşağı təxminən 1,5 milyon uşağın məlumatlarının qanunsuz emalına görə 12,7 milyon funt sterlinq (14,7 milyon avro) cərimələnib.

Britaniya tənzimləyicisi “Ofcom” tərəfindən 2022-ci ildə aparılan sorğu sosial mediadan istifadə edən 8-17 yaşlı yeniyetmələrin 60%-dən çoxunun öz adlarında “Tik-tok” hesabının olduğunu müəyyənləşdirib.

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv