Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TİKA-dan Özbəkistana Kovid-19 ilə mübarizə aparmaq üçün tibbi ləvazimat dəstəyi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) yeni növ koronavirüs (Kovid-19) epidemiyasıyla mübarizə çərçivəsində Özbəkistanın tibb işçilərinə qoruyucu tibbi ləvazimat yardımı edib.

Yenicag.az xəbər verir ki, TİKA tərəfindən təmin edilən hərəsindən 5 min ədəd olmaqla qoruyucu kombinezon, maska, papaq, əlcək və eynəkdən ibarət tibbi ləvazimatlar Türkiyənin Özbəkistandakı səfiri Mehmet Sürəyya Ər və TİKA-nın Özbəkistan üzrə proqram əlaqələndiricisi Cəmaləddin Tüneyin də iştirak etdiyi tədbirdə Özbəkistan Nazirlər Kabinetinə bağlı İnnovativ Tibb Milli Mərkəzinə təslim edilib.

Tədbirdə çıxış edən səfir Mehmet Sürəyya Ər Türkiyənin dünyanın 60-a yaxın ölkəsinə tibbi vəsait yardımı etdiyini qeyd edərək, prezident Rəcəb Tayyib Ərdoğanın keçən həftə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə reallaşdırdığı telefon danışığında Özbəkistana ehtiyac duyula biləcək tibbi ləvazimat yardımı etməyə hazır olduqlarını dilə gətirdiyini xatırladıb.

Epidemiya ilə mübarizə çərçivəsində iki ölkənin səhiyyə qurumlarının məlumat və təcrübələrini telekonferans vasitəsilə paylaşmağa davam etdiyini bildirən səfir bu dəfə TİKA vasitəsilə özbək qardaşlarının epidemiyaya qarşı mübarizəsınə öz töhfələrini vermək istədiklərini vurğulayıb.

TİKA-nın Özbəkistan üzrə proqram əlaqələndiricisi Cəmaləddin Tüney də hərəsindən 5 min ədəd olmaqla qoruyucu kombinezon, eynək, əlcək, papaq və maskadan ibarət tibbi ləvazimatla Özbek tibb işçilərinin epidemiya ilə mübarizəsinə töhfə verməyi hədəflədiklərini və TİKA-nın epidemiya ilə mübarizədə Özbəkistana verdiyi dəstəyin bariz nümunəsi olaraq daha iki yardım layihəsini həyata keçirəcəyini söyləyib.

İnnovativ Tibb Milli Mərkəzinin rəhbəri Ravşan İzamov isə Türkiyənin də epidemiya ilə mübarizə aparmasına və bu ləvazimatlara ehtiyacı olmasına baxmayaraq, Özbəkistana çox ehtiyac duyulan qoruyucu ləvazimat dəstəyi verdiyini qeyd edərək, bunun iki ölkə arasındakı qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunun bir göstəricisi olduğunu ifadə edib.

O, bu köməyə görə Türkiyə dövlətinə və xalqına təşəkkür edib.

Loading...

www.yenicag.az

328
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100