Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Tikinti şirkətində işə düzələn Nura Suri: "Balamı böyütməliyəm..."

“Son iki aydır ki, özümə başqa sahədə iş axtarırdım. İyulun əvvəlləri bir neçə təklifi gözdən keçirdim və DCS MMC tikinti şirkətində rəsmi işə başladım”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, müğənniliklə yanaşı, başqa bir işin olmağı da vacibdir:

“Bir həftə öncə əmək müqaviləsi bağlamışıq. Başımız həm yardım işlərinə, həm də baş verən hadisələrə qarışdı. Sizə bu xəbəri deyə bilmədim. Hörmətli jurnalistlər. Hər zaman mənə dəstək olduğunuz üçün hamınıza minnətdaram”.

“Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil. Ölkəmiz isə çətin günlər yaşayır. Bir tərəfdən virus, o biri tərəfdən ermənilər”, – deyə, Nura qeyd edib.

Nehru

Loading...

www.yenicag.az

2091
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100