!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tikintidə təhlükəsizlik qaydalarının POZULMASI: “Binadan hər hansı əşya və avadanlığın düşməməsi üçün...”

!Reklam – Yazi

“Kollektiv mühafizə vasitələri çərçivəsində binanın perimetri boyunca hasar çəkilməli və kənar şəxslərin oraya girişi məhdudlaşdırılmalıdır”.

Bu fikirləri tikintidə təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi barədə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a aaçıqlamasında deyib.

Onun sözlərinə görə, tikinti prosesində fərdi və kollektiv mühafizə vasitələrindən istifadə olunmalıdır:

“Ümumiyyətlə, tikinti təhlükə riski yüksək olan sahədir. Burada təhlükəsizlik qaydalarına tam əməl etmək lazımdır. Tikinti sahəsinin özündə təhlükəzsiz əmək şəraiti yaratmaq zəruridir. Çalışan işçilərin həyatı və sağlamlığı üçün hər hansı bir təhlükənin mövcudluğu həm də tikinti sahəsinin yaxınlığındakı nəqliyyat vasitələri, ərazidən keçən insanlar, habelə ətraf mühit üçün də risklər yaradır.

Tikinti ərazisində təhlükəsiz şərait yaradılmalı, işçilərin həyat və sağlamlığı üçün bütün mümkün risklər önlənməlidir. Tikintidə istifadə olunan avadanlıq, qurğu, detal, kimyəvi tərkibli tikinti materialı, ağır yüklü nəqliyyat vasitəsi və qaldırıcı kranların hər birinin təhlükə riski olduğu üçün onların təhlükəsiz istismarı təmin edilməlidir. Çünki hündürlükdən hər hansı bir daş, dəmir parçası ərazidə olan nəqliyyat vasitələrinin, yaxud insanların üzərinə düşərək onları zədələyə və xəsarət yetirə bilər.

Tikinti prosesində fərdi və kollektiv mühafizə vasitələrindən istifadə olunmalıdır. Kollektiv mühafizə vasitələri çərçivəsində binanın perimetri boyunca hasar çəkilməli və kənar şəxslərin oraya girişi məhdudlaşdırılmalıdır. Qanunvericiliyə əsasən, 1,8-2 metr yüksəklikdə inşaat işləri həyata keçirilirsə, bu artıq hündürlükdə görülən iş sayılır. O baxımdan, tikilməkdə olan binadan hər hansı əşya və avadanlığın düşməməsi üçün qoruyucu sipərlər qoyulmalı və torlar çəkilməlidir ki, bədbəxt hadisə yaşanmasın”.

İsmayıl Bakuvi

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv