!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“TikTok” tərbiyəsizlik yayır” - deyənlərə Leyladan CAVAB: “Hər kəs...”

!Reklam – Yazi

“Kim real həyatda necədirsə, virtual həyatda da elədir…”

Bunu tanınmış aparıcı Leyla Mustafayeva Yenicag.az-a açıqlamasında deyib.

O, “Son vaxtlar məşhurlar tərəfindən tez-tez səsləndirilən “TikTok” sosial platforması tərbiyəsizlik, əxlaqsızlıq təbliğ edir fikri ilə razılaşırsızmı?” sualını cavablandırarkən deyib.

Aparıcı, ümumiyyətlə, kimlərisə qınamağın əleyhinə olduğunu bildirib:

“Mənim sosial şəbəkələrlə bağlı fikirlərim həmişə müsbət olub. Kim həyatda necədirsə, sosial şəbəkələrdə də onu tərənnüm edir. Buna görə də kimlərisə nəyəsə görə qınaya bilmərəm.

Ümumiyyətlə, qınamaq mənim işim deyil.

Hesab edirəm ki, kimə necə rahatdırsa, kim sosial platformalarda özünü necə təqdim edirsə, bu, onun şəxsi işidir. Hər kəsin öz şəxsi həyatı var və öz seçimini özü edir. Başqasının şəxsi seçiminə və həyatına müdaxilə etməyi doğru saymıram.

Qaldı ki, sosial şəbəkələrin, o cümlədən də “TikTok”un tərbiyəsizlik təbliğ etməsi ilə bağlı cəmiyyətdə səsləndirilən tənqidi fikirlərə, hər kəs özünə cavabdehdir.

Biz, sadəcə olaraq, çalışmalıyıq ki, övladlarımıza doğru yolu göstərək, onların düzgün həyat tərzi yaşamasına kömək edək. Onları başa salmalıyıq ki, sosial şəbəkələrdə nəyin pis, nəyin yaxşı olduğunu özləri dərk etsinlər. “Nə olar, nə olmaz?” sualının cavabını özləri tapsınlar”.

Cəvahir

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv