!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“TikTok” uçuruma aparır?: “Aldığın tərbiyə çox önəmlidir” - Tanınmış aparıcından ƏKS MÖVQE

!Reklam – Yazi

“Mən düşünmürəm ki, hansısa sosial şəbəkə tərbiyəsizliyi təbliğ edir”.

Bunu tanınmış aparıcı Vüsalə Məmmədova Yenicag.az-a açıqlamasında deyib.

O, “TikTok”un tərbiyəsizliyi təbliğ etməsi ilə bağlı yayılan fikirlərə qarşı çıxıb. “TikTok”da maraqlı və faydalı profillərin az olmadığını bildirib:

“TikTok” haqqında deyilən mənfi fikirləri bir neçə il öncə “Facebook”, “Instagram”, hətta 15 il öncə “Odnoklassik” haqqında da səsləndirirdilər. Mən düşünmürəm ki, hansısa sosial şəbəkə tərbiyəsizliyi təbliğ edir. Səni formalaşdıran mühit, aldığın tərbiyə, sənin kim olmağın çox önəmlidir. Sosial şəbəkələr olmayanda tərbiyəsi olmayan insanlar yox idi demək doğru deyil. Mən bu fikirlərlə razı deyiləm. “TikTok”da o qədər müsbət nümunələr, izlənməsi faydalı olan profillər var ki… Mən özüm aktiv “Tiktok” istifadəçisi deyiləm. Qeydiyyatdan da ona görə keçmişəm ki, məhz həmin faydalı profilləri izləyə bilim. Müsbətləri axtarıram. Məncə nə görmək istəyimizə bağlıdır. Düşünmürəm ki, “TikTok” tərbiyəsizliyi yayır və təbliğ edir. Bu fikirlə qətiyyən razılaşmıram”.

Cəvahir

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv