!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“TikTok” və “Instagram” gəncləri intihara sürükləyir? – İDDİA

!Reklam – Yazi

Sosial şəbəkələrdə “cyberbullying” (kiber bullinq, internet üzərindən bir şəxsə aqressiv, təhqiramiz və ya qırıcı davranışlar sərgiləmək – red) adlanan ifadə meydana gəlib. Bu problem daha çox gənc və yeniyetmə olan istifadəçilər arasında baş verir. Həmin yaş qrupuna daxil olan şəxslər hər hansısa bir paylaşım edərkən, digər yaşıdları bədən çəkisi, görünüş, danışıq tərzi kimi xüsusiyyətlərə görə rişxənd tipli rəylər yazır.

Yenicag.az xəbər verir ki, belə hadisələrin geniş yayılması bəzi ölkələrdə ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrdə valideynlər bu problemin uşaq psixologiyasına mənfi təsir etməsi ilə bağlı postlar paylaşıb.

Hətta 2020-ci ildə 16 yaşlı yeniyetmə yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib. Uzun müddət keçdikdən sonra bəlli olub ki, o sosial media platformalarındakı təhqirlərə dözə bilməyib və bu addımı atıb.

Statistikalar göstərir ki, hər il minlərlə gənc bullinq səbəbilə ya özünə zərər verir, ya da intihar edir. ABŞ-li mütəxəssislər bu məsələ ilə bağlı çağırışlar edib.

 

www.yenicag.az

9698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv