!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"TikTok"da əxlaqsız videoları izləyib, sonra da..." - Tanınmış aparıcı SUSDURDU

!Reklam – Yazi

“TikTok” tərbiyəsizxanadır” deyən adamlara demək istəyirəm ki, gedin alqoritmlərinizlə məşğul olun”.

Bunu aparıcı Yeganə Cansail Yenicag.az-a açıqlamasında deyib.

O, “TikTok” platformasını pisləyən və sərt tənqid edənlərə qarşı çıxaraq sərt fikirlər səsləndirib:

“TikTok” gənclərin tərbiyəsini pozur” fikri, tamamilə yanlışdır. Əvvəla, bu platforma alqoritmlərə uyğun çalışır. Yəni sən əgər əxlaqsız, axmaq videoları izləyirsənsə, davamlı olaraq “TikTok” da sənə bu mövzuda videoları təqdim edir. Şəxsən mən “TikTok”da xeyli maarifləndirici videolar izləyirəm. Kainat, ingilis dili, səyahət, kulinariya və s. Amma 24 saat “TikTok” da oturub səviyyədən, etikadan uzaq videoları izləyib, sonra “TikTok” tərbiyəsizxanadır” deyən adamlara isə demək istəyirəm ki, gedin alqoritmlərinizlə məşğul olun. İçiniz, mədəniyyətiniz nədirsə, onu da izləyirsiniz.

“TikTok” sənin güzgündür. O güzgüdə gördüyün isə istəsən də, istəməsən də sənsən. Baxıb söymə… Dəyişməyi özündən başla”.

Qeyd edək ki, son vaxtlar sənət adamları “TikTok” sosial platformasının əxlaqsızlığı təbliğ etməsi, yeni nəslin tərbiyəsinə mənfi təsir göstərməsi barədə sərt fikirlər səsləndirib.

Cəvahir

www.yenicag.az

1061
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv