Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Dəhşət – TIR-ın içindən 50 meyit tapıldı

150827115853_migrant_truck_624x351_epa_nocreditAvstriyada dəhşətli olay yaşanıb.

Yenicag.az xəbər verir ki, ölkənin şərqində TIR-ın içindən 50-yə yaxın ölmüş miqrant tapılıb.

Avstriya Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirib  ki, TIR Slovakiya sərhədinin yaxınlığındakı Parndorf şəhərində tapılıb və içində çox sayda ölü var. Araşdırmalara görə, qaçqınlar  havasızlıqdan boğularaq ölüblər və artıq cəsətlərdə çürümə başlayıb.

Bu hadisə Avropanın miqrant probleminə nəzər yetirməsini sürətləndirir. Qeyd edək ki, Yaxın Şərq problemindən sonra yüzminlərlə miqrant Avropa ölkələrinə pənah gətirirlər.

www.yenicag.az

142