!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"TIR sürücülərinin həbs edilməsi və üzrxahlıq videosu qeyri-qanunidir" - ŞƏRH

!Reklam – Yazi

“Etiraz edən TIR sürücülərinin həbs edilməsi və onların üzrxahlıq videosunun yayılmasını pisləyirəm və bu qeyri-qanunidir”.

Bu sözləri TIR sürcülərinin kreativ aksiyası, onların həbs edilməsi, daha sonra üzrxahlıq videosunun yayılmasına münasibət bildirən Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Yenicag.az-a açıqlamasında deyib.

Razi Nurullayev bildirib ki, TIR sürcülərinin həbs edilməsinə qarşıdır:

“TIR sürücülərinin bu cür addım atmasını dəstəkləyirəm, demirəm. TIR sürcülərinin həbsini onların hüququnun pozulması kimi qiymətləndirirəm. Nəzərə almaq lazımdır ki, heç kəs yuxudan oyanıb, gedib etiraz etmir. Hər bir kəs hüququ üçün müəyyən müddət mübarizə aparır, bir neçə instansiyaya müraciət edir, əgər müsbət cavab tapa bilmirsə, sonda əlacsız qalırsa, yeganə çıxış yolunu etiraz etməkdə görürsə, o şəxsi günahlandırmaq, həbs etmək düzgün deyil. Demək ki, o insanı kimsə narazı salıb. Bu məsələ araşdırılmalıdır və qanunla cəzalandırılmalıdır.

Etiraz edən şəxslərin üzr istədilməsi, ləyaqətinin alçaldılması, peşman etdirilməsi də doğru deyil. Bunu insan ləyaqətinin alçaldılması hesab edirəm. Onların da bu şəkildə üzr istədilməsini doğru saymıram. Çünki Azərbaycanda 5 yaşlı uşaqdan tutmuş, 100 yaşlı şəxsə qədər hər kəs bilir ki, onlar buna məcbur edilib. Bu hal dövlətin, hökumətin xeyrinə işləmir. Bu cür metodları Azərbaycan üçün zərərli hesab edirəm”.

Etiraz aksiyasının fərqli şəkildə həyata keçirilməsinə gəldikdə isə, millət vəkili bunları deyib:

“TIR sürüclərinin etiraz aksiyası kifayət qədər innovativ idi. Müəyyən bir məsələyə cəmiyyətin diqqətini cəlb etmək iqtidarında oldu. Hətta 50 minlik mitinq bu qədər səs-küy yaratmazdı. Bu bizə o əsası verir ki, insanlar fikirlərini demək üçün innovativ yollar axtarışında ola bilərlər. Bu da misilsizdir, sonsuzdur, yeni-yeni texnologiyalar tapmaq olar. Bütün bunların hamısı dinc üsulla, dinc xarakterli olmalıdır və qanunvericiliyin tələblərini pozmamalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv