Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tıxaclar aradan qalxacaq-Video

87055Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, həmin hissədə ayrıcı zolaq təxminən 60 metr məsafədə götürülərək yeni bir hissə salınıb.

“Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib. Artıq Heydər Əliyev prospektinin əsas yolundan hərəkət edən nəqliyyat vasitələri yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət edə bilərlər”, – deyə Pünhan Mürsəliyev bildirib.

Eyni zamanda Yusif Səfərov küçəsilə Babək prospektinin kəsişdiyi hissədə genişləndirilmə işləri yekunlaşıb.

O cümlədən Yusif Səfərov küçəsində dönmə əməliyyatı üçün yaradılan hissə Babək prospektindən Heydər Əliyev prospektinə, Xətai prospektinə və Koroğli Rəhimov küçəsinə nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz çıxışını təmin edib.

“Həyata keçirilən bütün işlər həmin hissədə sıxlığın aradan qaldırılmasına xidmət edəcək”, – deyə Pünhan Mürsəliyev bildirib.

anspress.com

Loading...

www.yenicag.az

373