!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TMB-də kadr islahatları nəyə hesablanıb? - "Bu, məzənnənin kəskin dəyişiminə çox da..." - ŞƏRH

!Reklam – Yazi

“Nəzərə almalıyıq ki, onsuz da lirənin ucuzlaşma prosesi gedir və köhnə şəxslərin yenilənməsi məzənnənin kəskin dəyişiminə çox da təsir etməyəcəkdir”.

Bu sözləri Türkiyə Mərkəzi Bankının sədr müavinlərinin vəzifədən kənarlaşması fonunda lirənin daha da ucuzlaşması prosesini dəyərləndirən iqtisadi ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, vəzifədən uzaqlaşdırılann şəxslər islahatçı komandayla əvəz olunacaq:

“Bildiyimiz kimi, bir müddət öncə Türkiyə Mərkəzi Bankının yeni rəhbəri mediaya açıqlamasında bildirib ki, hələ ki, lirənin dəyər itirmə prosesi davam edəcəkdir. Həmçinin ölkədə inflyasiyanın daha kəskin artımıyla bağlı fikirlər səsləndirdi.

Belə ki, inflyasiya prosesi 2024-cü ilədək davam edəcək və proses səngiyəcək. Bu baxımdan hesab edirəm ki, Türkiyə Mərkəzi Bankının hazırkı sədr müavinləri əvvəlki dövrlərdən fəaliyyətdə olan şəxslər idi. Yəqin ki, bu şəxslər yeni islahatçı komandayla əvəz olunacaq. Bu addım gələcək proseslərdə yeni yanaşmaya yol açacaq.

Türkiyə Mərkəzi Bankının yeni rəhbəri uzun müddət Qərb ölkələrində işləyib və hazırda lirənin tənzimlənmsi üçün müəyyən islahatlar keçirir. Aydın məsələdir ki, bu qərar əvvəlkki komandayla yollarını ayırmağa hesablanıb.

Düşünürəm ki, bu qərar yeni islahatlar üçün yeni yollar açacaq. Qeyd edim ki, yeni yığılan komanda daha təcrübəli şəxslərdən ibarət olacaq. Bu da yeni yanaşmaların irəli sürülməsinə imkan yaradacaq. Lakin nəzərə almalıyıq ki, onsuz da lirənin ucuzlaşma prosesi gedir və köhnə şəxslərin yenilənməsi məzənnənin kəskin dəyişiminə çox da təsir etməyəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv