Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq - YENİLƏNDİ

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün baxılacaq.

Yenicag.az xəbərt verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Məlumata görə, 28 sentyabr 2020-ci il tarixinə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib:

“İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün baxılacaq”.

Qeyd edək ki, şikayətə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

***

Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verilib.

Yenicag.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

“Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib. T.Yaqublunun azadlığına qovuşacağına ümid edirik.” – deyə o, bildirib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

www.yenicag.az

807