!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tofiq Zülfüqarov: “Tehran analoji aktı təkrarlamaq istəmir”

!Reklam – Yazi

“Əslində, İran-İsrail gərginliyi hazırda pik həddə çatıb. Lakin hiss olunur ki, gərginlik addımbaaddım azalacaq. Hər halda, bu kimi ehtimallar bu gün daha güclüdür”.

Bu sözləri Yenicag.az-la açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Eks-nazir İranın İsraili bombalaması fonunda Bayden administrasiyasının sözügedən məsələyə münasibətini şərh edib.

Xatırladaq ki, bu yaxınlarda nüfuzlu CNN nəşri belə bir iddia ilə çıxış etmişdi ki, Bayden başda olmaqla demokratlar rəsmi Təl-Əvivin son hadisələrlə bağlı mövqeyini dəstəkləməyib. Bundan əlavə, ABŞ İsraili İranla əlaqədar məsələlərdə sərt mövqe sərgiləməkdən çəkindirməyə çalışıb.

Hadisələri şərh edən T. Zülfüqarovun fikrincə isə İran tərəfindən verilən bəyanatlardan da görünür ki, İsrailə zərbələr endirilib və rəsmi Tehran analoji aktı təkrarlamaq istəmir.
“ABŞ-nin mövqeyinə gəldikdə isə rəsmi Vaşinqton hesab edir ki, sözügedən gərginliyə son qoyulmalıdır. Bu baxımdan, indiki mərhələdə ABŞ Ukraynaya, yoxsa İsrailə daha çox kömək edəcək demək çətindir. Çünki Bayden administrasiyası hazırda seçki ərəfəsindədir. Ona görə də demokratlar nə Ukrayna, nə də İsrail istiqamətində hər hansı bir addım atmaq istəmirlər ki, öz mövqelərinə ziyan gətirəcək nələrsə baş versin. Məhz bunun üçün də Bayden administrasiyasının fəallığı xarici siyasətdə azalacaq. Təxminən belə bir tendensiyanı gözləmək olar”, – deyə o bildirib.

Analitik düşünür ki, hazırda həm İran, həm də ABŞ gərginliyin azalmasında daha maraqlıdırlar:
“Lakin Netanyahu administrasiyanın mövqeyi bununla bağlıdır ki, gərginlikdən istifadə edərək, genişmiqyaslı konfrontasiya mühitini artırsın. Amma Benyamin Netanyahuya belə bir şərt qoyulub: Qəzzada hərbi əməliyyatlar dayanandan sonra ciddi araşdırmalar baş verməlidir ki, Netanyahu və onun partiyası olan “Likud”un səhvləri nədən ibarətdir? Ona görə də bəzi müşahidəçilər isə o fikirdədirlər ki, Netanyahu hakimiyyəti gərginliyin artırılmasının tərəfdarıdır. Bu məsələ ilə əlaqədar hazırda Netanyahu və Bayden arasında gərginlik yaşanır ki, bunu da nəzərə almaqda fayda var”.

Rafi Müslümov

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv