!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toivo Klaarın Xankəndinin adı ilə bağlı açıqlaması Ermənistanda YENİ QƏZƏB DALĞASI YARATDI

!Reklam – Yazi

Toivo Klaarın Xankəndi şəhərinin adı ilə bağlı açıqlaması Ermənistanda yenidən qəzəb dalğası yaranıb.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin Xankəndini qondarma adı “Stepanakert”lə yox, öz adı ilə səsləndirməsi ermənilərin olan-qalan ümidlərinin üstündən xətt çəkib.

Onlar öz suallarına elə özləri də cavab veriblər.

“Niyə qəzəblənirsiniz?

Avroropa Birliyi Artsaxa çoxdan nöqtə qoyub və indi sadəcə mövqelərini bildirirlər.
Amma onların türklərin tərəfində olması o demək deyil ki, biz saçımızı yolmalıyıq. Sadəcə başa düşmək lazımdır ki, bu mövqe ilk növbədə Qarabağı təslim etməyə razılaşan Ermənistanın rəsmi hakimiyyətinin mövqeyi ilə diktə olunur
Və yenə də bizdən başqa ətrafdakıların hamısı günahkardır.

Necə deyərlər, batanların xilası batanların öz işidir. Biz batırıq…

Nəticə çıxarmaq lazımdır, inildəmək yox”, – deyə ermənilər yazıb.

Məsmə

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv