!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tokayev Macarıstanın Baş nazirinə verdiyi sualla diqqət çəkdi

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Macarıstanın baş naziri Viktor Orban Qazaxıstanda rəsmi səfərdədir.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Akorda” iqamətgahında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Macarıstanın Baş nazirinin təntənəli görüşü olub. Görüş zamanı Tokayev Macarıstanın baş nazirinin mənşəyinə toxunaraq, onun qıpçaq köklərinə işarə edib.

“Sizi Qazaxıstanda yaxşı tanıyırlar və hörmət edirlər, çünki qıpçaq əsillisiniz”.

Orban dəvətə görə təşəkkür edib və Macarıstan ilə Qazaxıstan arasında dərin tarixi əlaqələrin olduğunu vurğulayıb.

“Evə gəlmək həmişə xoşdur. Macarlar Qazaxıstana böyük məmnuniyyətlə gəlirlər, çünki bizi minilliklərin ortaq kökləri birləşdirir”, – Orban bildirib.

Hər iki ölkənin liderləri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirib və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Əlavə edək ki, Qıpçaq Türkmənistanda kənddir. Ən çox məskunlaşan türkmən kəndlərindən biri hesab olunur. Orada əsas sakinlər türkmən dilində danışan yerli türkmənlərdir. Qıpçaqların sakinləri İslam dininə etiqad edirlər./unikal

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv