!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tokayev: Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmağı planlaşdırır

!Reklam – Yazi

Qazaxıstan və Azərbaycan arasında illik ticarət dövriyyəsi 1 mlrd. dollara çata bilər.

Yenicag.az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə danışıqları zamanı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 40% artaraq artıq 500 mln. dollara çatıb.

“Əminəm ki, iqtisadi potensialımız tam üzə çıxdıqdan sonra biz bu rəqəmi 1 mlrd. dollara çatdıra biləcəyik. Bunun üçün bizim energetika, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, – Kasım-Jomart Tokayev qeyd edib.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv