!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tokayevə görə həbs olunan qazaxıstanlıya İŞGƏNCƏ VERDİLƏR - ŞOK VİDEO

!Reklam – Yazi

Qazaxıstan prezidentini polisə verdiyinə görə həbs olunan qazaxıstanlı həbsxanada işgəncələrə məruz qalır.

Yenicag.az xəbər verir ki, prezident Tokayevin “20 min terrorçu” haqqında söylədiyi sözlərə görə mühakimə olunmasını tələb edən Timur Danebayevin işgəncə görüntüləri yayılıb.

Qazaxıstan prezidentinin Kantar günlərində Almatıya hücum edən etirazçıları “20 min terrorçu” adlandırıb. Prezidentin bu iddialara cavab verməsini tələb edən Astana sakini Timur Danebayev real cəza alıb.

Astana şəhərinin 2 saylı Almatı rayon məhkəməsində o, etnik ədavəti qızışdırmaqda ittiham olunub. Prosesə səbəb siyasət müzakirəsi zamanı Danebayevin sosial şəbəkələrdə mübahisə etdiyi Ust-Kamenoqorsk sakininin polisə verdiyi ifadə olub.

Proses açıq olsa da, məhkəmə jurnalistlərə foto və səs yazısı çəkməyi qadağan edib. İyunun 9-da təqsirləndirilən şəxsin vəkilləri hakim Güljaxan Ubaşevaya etiraz ediblər. Məhkəmə onu təmin etməkdən imtina edib. İyunun 15-dən Timur Danebayev üç il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkir.

Timur Danebayev həbsxanada dəhşətli işgəncələrə məruz qalır.

Xatırladaq ki, Qazaxıstan paytaxtının sakini polisə şikayət edərək, prezident Kasım-Jomart Tokayevin məsuliyyətə cəlb olunmasını tələb edib. 37 yaşlı Timur Danebayev hesab edir ki, Tokayev yanvarın əvvəlində “20 min terrorçunun” Almatıya hücum etdiyini elan edərək yalan məlumat yayıb.

 

Məsimə Məmmədova

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv