!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tokayevin Nazarbayevə vurduğu ZƏRBƏ: "O, fürsətdən yararlanmağa çalışdı"

Reklam: Sinerji Pro

“Rusiya girdiyi yerdən çıxmır”.

Bunu Qazaxıstanda baş verən proseslər, SSRİ-nin yenidən “dirildilməsi” ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Qazaxıstanda baş verənlər sadə, primitiv məsələ deyil:

“İlk növbədə Qazaxıstanın daxilindəki vəziyyət, klan sistemi təhlil olunmalı, real vəziyyət nəzərə alınmalıdır. Nursultan Nazarbayev hələlik danışmayıb.

Hadisələr qiymətlərin bahalaşmasına görə xalqın etirazı ilə başladı. Rusiya MDB ölkələrinin hər birində 5-ci kolonu hazır vəziyyətdə saxlayır. Zəmin yaranan kimi ondan yararlanmağa başlayırlar. Hadisələrin birinci, ikinci günləri etirazlar edilirdi, daha sonra vəziyyət tündləşdi. 2011-ci ildə də Qazaxıstanda buna bənzər hadisə olmuşdu, xeyli sayda da adam ölmüşdü. Bunu araşdırmadılar. Belə olan halda, klan maraqları da, ayrı-ayrı dövlətlərin maraqları da ortaya çıxır. Nazarbayev vəzifədən getsə də, əslində, getməmişdi. Özü hakimiyyəti nəzarətdə saxlayırdı. Onun adamları ölkəni idarə edirdi. Belə olan halda, Tokayev yaranmış vəziyyətdə fürsətdən yararlanmağa çalışdı. Təbii ki, öz mövqeyini möhkəmləndirmək üçün Nazarbayevin adamlarını kənarlaşdırdı. Təhlükəsizlik Şurası sədri vəzifəsini öz üzərinə götürdü, daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ölkəyə dəvət etdi. Tokayevi ona görə bağışlamırlar ki, daxili qüvvələr vəziyyəti sabitləşdirə bilərdi, ancaq o, KTMT-ni ölkəyə gətirdi. Analitiklər bildirirlər ki, Qazaxıstanın ölkədəki vəziyyəti sabitləşdirəcək gücü var. Nəzərə almaq lazımdır ki, Rusiyanın burada maraqları var. Əgər qazax xalqı ayağa qalxarsa, 3 min yox, heç 30 min rus qoşunu da gəlsə, xeyri olmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

580
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100