Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Tokio-2020 Olimpiadasında gender bərabərliyi: Ölkələrin iki bayraqdarı olacaq

Reklam: Sinerji Pro

Beynəlxalq Olimpiya Komitəsinin icrayyə komissiyasının Tokio -2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən 2 bayraqdarın olması haqda qərarını Azərbaycan Milli Olimpiya Komitəsi müsbət qiymətləndirir.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu haqda Beynəlxalq Olimpiya Komitəsinin İcrayyə Komissiyasının qərarını şərh edən Milli Olimpiya Komitəsinin vitse -prezidenti Çingiz Hüseynzadə bildirib.

Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyinin tənzimlənməsi məqsədilə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsədlə Milli Olimpiya Komitələrinə müraciət edib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, Olimpiya oyunlarında bayraqdar statusu qazanmaq idmançılar üçün çox əhəmiyyətlidir. Təbii ki, Beynəlxalq Olimpiya Komitəsinin bu tarixi qərarını dəstəkləyən Azərbaycan, Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq.

Qeyd edək ki, Azərbaycan Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov, Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış mərasimlərində Azərbaycanı təmsil ediblər.

Loading...

www.yenicag.az

622
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100