!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tolik aparıcıların MÜDAFİƏSİNƏ QALXDI: “Müğənni özü məcbur edir ki, onu...”

!Reklam – Yazi

Son vaxtlar aparıcılarla bağlı ciddi iradlar səsləndirilir. Onları verilişə çağırdıqları qonaqların sözünü yarımçıq kəsməkdə, sənət adamlarına qarşı hörmətsizlik etməkdə günahlandırırlar.

Yenicag.az-a açıqlama verən tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) səsləndirilən iradlara münasibət bildirib.

Tolik lazım olanda özü də sənət adamları və ekspertlərin sözünü kəsdiyini etiraf edib:

“Bəli, bu fikirlə razıyam ki, aparıcılar öz qonaqlarının sözünü yarıda kəsir, danışmağa qoymur. Yalan nə danışım?! Onlardan biri də elə mən özüməm. Bunun da səbəbləri var. Bir də görürsən, bəzi ekspertlər verilişə hər gün gəlmədiyinə görə dünən baş verən hadisədən xəbərsiz olur. Başlayır söhbəti uzatmağa, yersiz-yersiz danışmağa. Elə olanda sözünü kəsirəm. Bəzən də verilişinə dəvət etdiyin tanınmışlar gələndə bir sual verirsən, başlayır yalandan səmimiyyətsiz söhbətlər etməyə. Ya da bir də görürsən, suala cavab vermək əvəzinə, başlayır hansısa məmuru, iş adamını tərifləməyə. Mən niyə ona şərait yaratmalıyam? Buna görə də həmin sənət adamının sözünü yarıda kəsməyə məcbur olursan. Belə məqamlarda həmkarlarımı da qınamıram. Yəni bəzən müğənni özü səni məcbur edir ki, sözünü ağzında qoyasan. Bu məsələlər situasiyadan asılı olur”.

Cəvahir

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv