Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Topaz"da 2 manata görə 4 bıçaq zərbəsi! - ŞOK TƏFƏRRÜAT - FOTOLAR

“Topaz” mərc oyunları məntəqəsində növbəti dəfə qan düşüb.

Yenicag.az xəbər verir ki, Ağa Nemətulla 35 ünvanında yerləşən məntəqəyə müştəri kimi gələn Nəcəfli Ülvi Fərhad oğlu satıcı Yusifzadə Fərid Fazil oğlunu bıçaqlayıb.

Əməkdaşımızın əldə etdiyi özəl məlumata görə, bıçaqlanmaya səbəb 2 manatlıq kupon olub. Belə ki, 23 yaşlı satıcı 1990-cı il təvəllüdlü müştərinin kuponunu səhv vurub. Nəcəfli Ülvi isə bunu sərt qarşılayıb. Nəticədə, tərəflər arasında mübahisə yaranıb. Satıcını məntəqədən bayıra dəvət edən müştəri, yaranan mübahisə nəticəsində Yusifzadə Fəridə 4 bıçaq zərbəsi endirib.

Zərərçəkən şəxs dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Əldə etdiyimiz məlumata görə, onun vəziyyəti normaldır və sabah evə buraxılacaq.

Nəcəfli Ülvi isə polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

1581
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100