Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Toqquşan maşınlara baxan sürücü avtomobilini aşırdı

Göygöl rayonunda xəsarətlə nəticələnən iki avtomobil qəzası olub.

Yenicag.az xəbər verir ki, hər iki hadisə rayonun Çaykənd-Toğana avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb, daha sonra isə yol kənarındakı meneəyə dəyib. Qəza nəticəsində sərnişin və sürücülər yüngül bədən xəsarətləri alıblar.

Hadisə nəqliyyatın hərəkətinə təsir edib. Hadisə baş verən ərazidən keçən “Chevrolet” markalı avtomobil də qəza törədib. İlkin məlumata görə, sürücü baş vermiş qəzanı izlədiyindən diqqəti yayınıb və avtomobili aşırıb. Hadisə nəticəsində ölüm hadisəsi baş verməyib.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Loading...

www.yenicag.az

176
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100