!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toqquşmaların müharibəyə çevrilmə EHTİMALI: "Ermənistan xoş dildən anlamadı"

!Reklam – Yazi

“Sülhə nail olmaq üçün Ermənistan xoş dildən anlamadı”.

Bu fikri Ermənistan Azərbaycan arasında müharibə ehtimalını şərh edən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Yenicag.az-a açıqlamasında deyib.

Razi Nurullayev bildirib ki, hərbi əməliyyatlar ehtimalı çox yüksəkdir:

“Azərbaycan indiki məqamda Ermənistanla müharibədə maraqlı deyil. Ermənistan el dilində desək, buynuzunu çobanın çomağına sürtür. Hesab edirəm ki, Ermənistan Hindistan və digər ölkələrdən silahlar alıb. Özünə güvəni artıb. Düşünür ki, həmin silahlarla Azərbaycan Ordusuna zərbə vura bilər. Sanki Ermənistan həmin silahları yoxlamaq istəyir.

Azərbaycanın da səbri sanki tükənməyə başlayıb. Ermənistanın bu cür təxribatçı hərəkətləri həm Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyasına mane olur, həm də regionda gərginliyi artırır. Bu da Azərbaycanın uzunmüddətli planlar qurmasına, investisiya cəlbinə maneçilik törədir. Mütləq şəkildə regionda sülh lazımdır. Belə görünür ki, sülhə nail olmaq üçün Ermənistan xoş dildən anlamadı. Azərbaycan məcburdur ki, Ermənistanı sülhə gətirsin. Belə məcburetmə əməliyyatı ola bilər.

Düşünürəm ki, zaman gəlib. Gərginlik günü-gündən artır. Bunun sonu müharibə ilə nəticələnə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv