!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Törədilən təxribatların PƏRDƏARXASI: “Azərbaycanın bu addımından narahat olan qüvvələr...” - RƏY

!Reklam – Yazi

“Azərbaycanın son illər sülhə və reinteqrasiya prosesinə yönəlmiş addımlarından regional qüvvələrin ciddi narahat olduğu görünür”.

Bunu xarici qüvvələrin Ermənistandan istifadə edərək təxribatlar törədilməsi haqda formalaşan fikirləri şərh edən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, son hadisələr – yəni aprelin 11-i erməni təxribatı, əsir düşən əsgərlərimizlə qeyri-insani davranış və nəhayət, İrəvanda keçirilən beynəlxalq idman yarışında bayrağımıza qarşı olan hörmətsizlik iki ölkə arasında vəziyyətin gərginləşdirilməsinə xidmət edir:

“Bu hadisələrin təşkil olunmasında və həyata keçirilməsində həm Ermənistan daxilində, həm də xaricdə maraqlı olan qüvvələr var. Azərbaycanın son illər sülhə və reinteqrasiya prosesinə yönəlmiş addımlarından regional qüvvələrin ciddi narahat olduğu görünür. Onlar Azərbaycanın Qarabağ ermənilərini reinteqrasiya prosesi üçün Bakıya dəvət etdiyini, Laçın yolunda sivil etirazların davam etdirilməsində əzm nümayişini görür və qarşısını almaq üçün bu cür təxribatlara əl atırlar.

Məqsəd yalnız və yalnız regionda sülh prosesini pozmaq, Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma yaratmaqdır. Sülh proseslərinin pozulmasında maraqlı olan qüvvələr – yəni regional dövlətlər Azərbaycanın irəli sürdüyü sülh gündəliyi və Zəngəzur dəhlizi kimi digər regional layihələri pozmağa və gündəmdən çıxartmağa çalışır. Lakin təəssüflər olsun ki, Ermənistan daxilində bu təxribatların qarşısını alacaq siyasi qüvvə mövcud deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv