!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Törətdikləri cinayətlərə haqq qazandırmağa çalışır" - Putinin "Valday” ÇIXIŞINA REAKSİYA

!Reklam – Yazi

“Putin “Valday”da dedikləri ilə 5-10 alkoqolik rusdan başqa heç kəsi inandıra bilməz”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubunun təşkil etdiyi toplantıda Qərbi “qanlı və çirkin” siyasət yürütməkdə, qlobal resusları öz əlində cəmləşdirmək istəməkdə ittiham etməsi, ABŞ və müttəfiqlərinin Rusiya ilə hesablaşmalı olduğunu deməsinə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Putinin səsləndirdiyi bütün fikirlər bir caninin özünü müdafiə nitqinə oxşayır:

“Putin bəşəriyyət üçün yaratdığı təhükələrə öz aləmində bəraət qazandırmaq üçün uydurma ittihamlar səsləndirir. Putin Ukraynaya hücum etməmişdən əvvəl deyirdi ki, Ukrayna bizə hücum etmək istəyir. Gah deyir Ukrayna adlı bir xalq yoxdur, gah deyir Ukrayna böyük mədəniyyətə malikdir, gah deyir Ukrayna ilə Rusiya bir millət iki dövlətdir, gah da deyir Ukrayna dövlətini Rusiya yaradıb. Özlərinin Ukraynaya qarşı törətdikləri cinayətlərə haqq qazandırmaq, məğlubiyyətlərini ört-basdır etmək, daxildə aiditoriyanı öz tərəfində saxlamaq üçün bu cür gülməli, əsassız, uydurma təhlükə və təhdidlərdən danışır. Əslində, Hitler Avstriyaya hücum edəndə dedi ki, onlar da almanlardır, onların ayrıca dövlət olmalarına ehtiyac yoxdur. Çexslavakiyaya hücum edəndə də dedi ki, Çexslavakiyadan real təhlükə var.

Hitlerin də, Putinin də çıxışlarına baxmaq lazımdır. Putin ukraynalıları faşizmdə ittiham edir. Halbuki bizim Ukraynada da, Rusiyada da vətəndaşlarımız yaşayır. Ukraynada yaşayan Azərbaycan vətəndaşları ilə Rusiyada yaşayanları müqayisə etsək, quldarlıq dövrü ilə ABŞ-nin indiki dövrü arasındakı qədər fərq var. Ukraynanın dövlət hakimiyyətində azərbaycanlı gedib ən yüksək post tuta bilər. Ancaq Rusiyada bu mümkün deyil. Rusiya bütün xalqlara rus dilini zorla qəbul elətdirmək istəyir. Hamının torpaqlarına iddia edirlər. Putinin dediklərinin hamısı siyasi demaqogiyadan başqa bir şey deyil. Rusiyanın yaxınında olan bir xalq kimi bilirik ki, ruslar həmişə başqa xalqlara qarşı düşmənçilik, işğalçılıq, imperialist siyasəti aparıb. Ona görə də Putin “Valday”da dedikləri ilə 5-10 alkoqolik rusdan başqa heç kəsi inandıra bilməz. Ən azı nə Putinə, nə də rus dövlətinə rəğbət qazandıra bilməz”.

Putinin Qərb Rusiyanın qapısında dayanacaq fikrinə gəldikdə isə, ADP sədri bunları deyib:

“Bu gülməli fikirdir. Qərbin ehtiyatları Rusiyanın ehtiyatlarından min dəfə çoxdur. Qərb Rusiyaya xammal bazası kimi baxıb. Putinin dövründə Rusiya iqtisadiyyatının güclənməsində yeganə səbəb Qərbə məxsusdur. Rusiyada neçə min xarici şirkət vardı. Vaxtilə Kondoliza Rays deyirdi ki, hər il 300 milyon dollar pul veririk ki, bizə istiqamətlənmiş atom silahlarını saz saxlasın, əks halda onlar köhnəldiyinə görə Rusiyanın özü üçün də, dünya üçün də nüvə təhlükəsi yarada bilər. Bu Rusiya, bu da Qərb.

Putinə qulaq asmaq Hitlerə qulaq asmaq kimi birşeydir. Vaxtilə Məhəmməd Əmin Rəsulzadə deyirdi: “Bizi ona görə pantürkizmdə ittiham edirlər ki, panslavianizm yaratsınlar”. Putin Avropanı nədə ittiham edirsə, məqsəd həmin siyasəti həyata keçirməkdir.

Axrıncı çıxışlarının birində Putin demişdi ki, günəş Vladivostokdan çıxıb Moskvaya 9 saata gəlir, Moskvadan sonra niyə 9 saat getməsin? Bu o deməkdir ki, Putin İngiltərə də qarışıq bütün Avropanı tutmaq istəyir.

Putin hakimiyyətə gələndə “daz başları” yaradıb, qeyri-rusların üstünə salmışdı. Eynilə Hitler də belə addım atmışdı. Putin uzun müddət Almaniyada xidmət edib. Çox güman ki, Hitlerin təcrübəsini mənimsəyib. Ancaq çox uğursuz adamdır, çünki zamanlamanı başa düşməyib.

Səfərbərlik elan etdi. Bununla da insanlar ölkəni tərk etməyə başladı. Tərk edənlər hamısı da ziyalılar, ali təhsillilərdir. Kimlər qalıb? Alkoqoliklər, debillər. “Valday”da Putinin çıxışını cinayətkarın məhkəmədə özünü müdafiə çıxışı kimi görürəm”.

Səxavət Məmməd

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv