!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda müəmmalı olay: Əmisi oğlundan bir il sonra o da qatarın altına düşdü - VİDEO

!Reklam – Yazi

Yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Yenicag.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, ötən gün yük qatarı Qovlar-Zəyəm istiqamətində hərəkətdə olarkən Tovuz rayonunun Dönük Qırıxlı kənd sakini Tural Ramiz oğlu Yaqubov qatarın altında qalaraq həlak olub.

Ötən il həyat yoldaşından boşanan mərhumun üç övladı var.

 

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv