!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda nöqsanlar aşkar olunan restoranın fəaliyyəti dayandırıldı

!Reklam – Yazi

Tovuzda fəaliyyət göstərən restoranda nöqsanlar aşkar olunub.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Tovuz rayonu, Əsrik Cırdaxan kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Dilqəm Əli oğluna məxsus “Cənnət” restoranında Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.

Baxış zamanı sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, ictimai iaşə müəssisəsində sanitariya qaydalarına riayət edilmədiyi, bəzi qida məhsullarının döşəmədən məsafə saxlanılmadan yığıldığı, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçmədikləri, qida məhsulları ilə təmasda olan sahələrin, səthlərin asan yuyula bilən, dezinfeksiyaedici məhsulların təsirinə davamlı materialdan hazırlanmadığı, suni havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılaraq nəzarətə götürülüb.

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv