!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda oğrunu cərəyan vurdu 

!Reklam – Yazi

Polis Tovuzda elektrik cərəyanı vurması nəticəsində ölən şəxslə bağlı açıqlama yayıb.

Yenicag.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin bildirib ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin və Tovuz Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib.

“Əyyublu kənd sakini 1988-ci il təvəllüdlü Yasin İbrahimov dostları ilə kənd ərazisindəki artezian quyularının birində elektrik paylayıcısından naqil kəsmək istəyən zaman onu cərəyan vuraraq öldürüb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Aparılan istintaq əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən daha iki nəfər şəxs saxlanılıb. Hazırda Tovuz Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb. Şəxslər isə saxlanılaraq istintaqa təhvil verilib, barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların başqa cinayət işlərinin olub-olmaması araşdırılır”, – E.Qasımov bildirib./Oxu.az/

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv