!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toy faciəyə çevrildi: 10 nəfər həyatını itirdi

!Reklam – Yazi

Avstraliyada son illərin ən ölümcül avtomobil qəzasında 10 nəfər ölüb. Belə ki, Yeni Cənubi Uels ştatında avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, Avstraliya mətbuatının polis orqanlarına əsaslanan xəbərinə görə, toya qayıdanları daşıyan avtobus Yeni Cənubi Uels əyalətində dairəvi yolda qəzaya uğrayıb.

Yaralıların ətraf xəstəxanalara aparıldığını qeyd edən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər. 39 sərnişini olan avtobusun sürücüsünün də yaralandığını qeyd edən səlahiyyətlilər, qəza ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.

Sözügedən qəza Avstraliyada uzun illər ərzində ən ölümcül qəza kimi qeydə alınıb.

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv