Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Toy gözləyən cütlüklərə DEPUTATDAN “TƏBRİK”: “Gizli toy edənlərin cərimələnməsi doğru addımdır”

“Kim deyirsə ki, toyda oynamayacam və ya kimləsə öpüşüb-görüşməyəcəm, o şəxs yalan danışır”.

Bu sözləri ölkədə gizli toy və nişan mərasimləri keçirən şəxslərin cərimələnməsini dəyərləndirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, indiki şəraitdə kütləvi toplaşma xəstəliyin yayılmasına və insan ölümünə yol açırsa, bunun qarşısı mütləq alınmalıdır:

“Pandemiya elə bir bəladır ki, bütün dünya ölkələrində bununla bağlı çox ciddi tədbirlər həyata keçirilir. Əgər bir xəstə şəxs 100 nəfəri yoluxdura bilirsə, bu halda hər kəs Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara əməl etməlidir.

Koronavirus bəlasının ağırlığını özüm keçirmişəm. Bu, olduqca ağır xəstəlikdir. Koronavirusa qarşı mübarizədə hamımız yekdil olmalıyıq. Əlbəttə, bizə toy və yas mərasimləri lazımdır. Çünki xeyirlə şər ortaqdır. Lakin çalışmalıyıq ki, səadətimiz kiminsə bədbəxtliyinə səbəb olmasın.

Mənim də yaxınlarım, sevdiklərim var. Buna baxmayaraq, onlara toy və yas mərasimlərinin keçirilməsini qəti qadağan eləmişəm. Toy və evlənənlərin əleyhinə deyiləm, hamı xoşbəxt həyat yaşamalıdır. Sadəcə, indiki vəziyyətdə virus bəlasından uzaq olmalıyıq. Toyu 100 və ya 3 nəfərlə də etmək olar. Ailənin xoşbəxtliyi adamın çoxluğunda, dəbdəbəli mərasim keçirilməsində deyil”.

Toyun keçirilməsinə qadağa qoyulduğu halda, ictimai nəqliyyatdakı məlum sıxlığa da toxunan Tahir Rzayev vurğulayıb ki, toy mərasimlərində insanların bir-birinə daha çox yaxınlaşması kimi bir reallıq var:

“Avtobuslarda yaranan sıxlığın səbəbi imkansızlıq, adamların çoxluğu, nəqliyyat vasitələrinin azlığı və intervalın uzunluğudur. Avtobusdakı sıxlığın digər səbəbi sə metronun işləməməsidir.

Bütün hallarda ictimai nəqliyyatdan fərqli olaraq, toy mərasimlərində qohum-əqrabalar bir-birinə yaxınlaşır. Kim deyirsə ki, toyda oynamayacam və ya kimləsə öpüşüb-görüşməyəcəm, o şəxs yalan danışır.

Toya gələn hər kəs bəyin və gəlinin üzündən öpür. Bu, bizim adətimizdir. İndiki şəraitdə vətəndaşların və ölkənin təhlükəsizliyi üçün qaydalara ciddi riayət etmək lazımdır. Yoluxma sayında artım getdikcə artarsa, bunun qarşısını almaq olmayacaq”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

271
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100