!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toy və yas mərasimlərində İSRAFÇILIQ “YARIŞI”: “Savab qazanmaq üçün ehsan veririk, ancaq...”

!Reklam – Yazi

“Peyğəmbərimizin dövründə vəfat edən insanların yas mərasimləri ilə iyirmi birinci əsrdə keçirilən yas mərasimləri arasında yerlə göy qədər fərq var”.

Bu fikirləri yas mərasimlərində hələ də yol verilən israfçılığın böyük günahlardan olduğunu diqqətə çatdıran ilahiyyatçı Ağa Hacıbəyli Yenicag.az– açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda yas mərasimləri ilə müqayisədə toylarda israfçılıq daha geniş yayılıb:

“İslam dini kainatdan daha böyük sistemlər içərisində olan ehkam, əxlaq və mədəniyyəti ilə böyük bir anlam ifadə edir. Biz dinimizi daha dərindən bilmədiyimiz üçün bəzən çox bəsit məsələlərdə uydurmalar edərək boşluqları doldurmağa çalışırıq. Bunlardan biri də yas mərasimlərinə olan münasibətimizin bu qədər kəskin dəyişməsidir.

Peyğəmbərimizin dövründə vəfat edən insanların yas mərasimləri ilə iyirmi birinci əsrdə keçirilən yas mərasimləri arasında olan fərq yerlə göy qədərdir. O dövrdə təziyəyə gedən insanlar yas evinə yemək apararaq ev sahibinin hüznünə şərik olardılar. Lakin indi vəziyyət çox dəyişib. Sağlığında layiq olduğu dəyəri görməyən insanlar dünyasını dəyişəndə, onun adına məclislər qurulur, məzar daşlarının seçilməsinə qədər çox “müdhiş bir yarış” başlayır.

Toylarda olan israfçılıq yas mərasimləri ilə müqayisədə qat-qat çoxdur. İsraf məsələsində əhalini maarifləndirmək çox önəmlidir. Bu məsələdə din xadimləri əhaliyə nümunə göstərməlidirlər. Onlar bu məsələ ilə bağlı ciddi maarifləndirici işlər apara bilərlər. Lakin təəssüf ki, bəzən onların arasında da israfçılığı təlqin edənlərin olduğunu görürük.

Bu problemi həll etmək üçün mütamadi olaraq maarifləndirmə işi həyata keçirilməlidir. Hər halda, Azərbaycanın bəzi bölgələrində ağsaqqalların köməyi ilə bu məsələdə müəyyən irəliləyişlərin olduğu müşahidə edilir. Uca Allah Qurani-Kərimin müvafiq ayələrində israfa yol verənləri çox şiddətlə tənqid edir. İnsanlar israf edən zaman günah qazanırlar. Biz yas məclislərində ehsan veririk ki, savab qazanaq, lakin əvəzində israf vasitəsilə günah qazanmış oluruq”.

İsmayıl Bakuvi

www.yenicag.az

2082
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv