!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toylarda bu qidalar təhlükəlidir: Mütəxəssis XƏBƏRDARLIQ edir...

!Reklam – Yazi

“Pul qazanmaq naminə insanları ölüm təhlükəsi qarşısında qoymaq düzgün deyil”.

 

Yenicag.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov bildirib.

 

Ekspert deyir ki, bir çox şadlıq evlərində qida təhlükəsizliyi ilə bağlı qaydalara əməl olunmur:

 

“Restoranlar, ictimai iaşə müəssisələri və şadlıq evlərində əksər hallarda süfrəyə qoyulub artıq qalan məhsulları növbəti günlərdə də servis edirlər. Bunlara turşu, mayonez və yumurta tərkibli, toyuq, balıq və digər bir sıra qidalar aiddir. Xüsusilə də, toyuq qrili, qızartma kimi yeməkləri doğrayıb süfrəyə verdikdə, bəziləri artıq qalır. Bu qida müəyyən müddət süfrədə, açıq mühitdə qalır. Eyni qaydada, balıq məhsullarını, yeməklərini də yenidən istehlak etmək təhlükəlidir. Bu məhsullar olduqca riskli qidalar siyahısına daxildir. Nəticədə qida zəhərlənməsi baş verir”.

 

Ekspert vurğulayır ki, qidaları yenidən təqdim edən restoranlar qənaət etdiklərini düşünür:

 

“Restoranlar belə etməklə, qənaət etdiklərini, maliyyə cəhətdən qazanc əldə etdiklərini düşünür. Lakin pul qazanmadan əvvəl insanların orqanizmini, sağlamlığını düşünmək lazımdır. İnsan həyatı digər bütün amillərdən, qazanclardan bahalı, qiymətli olmalıdır. İlk növbədə insanların sağlamlığıdır. Təəssüflər olsun ki, işbazlar bunu nəzərə almayaraq, yenə də öz bildiklərini tətbiq etməyə çalışırlar.

 

İstənilən məhsul süfrəyə təqdim olunduqda, toxunulmasa belə onu atmaq lazımdır. Çünki açıq hava mühitində qalan qidalar mikrobioloji çirklənməyə məruz qalır. Bu isə ən sonda qida zəhərlənməsinə, insanların həyatının və sağlamlığının təhlükə qarşısında qalmasına gətirib-çıxarır”.

 

 

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv