Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Toyota” və “Suzuki”nin ittifaq yaradır

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” və “Suzuki” şirkətləri səhmlərin çarpaz şəkildə alınması yolu ilə ittifaq yaratmaq niyyətində olduqlarını bəyan ediblər.

Yenicag.az xəbər verir ki, uzunmüddətli tərəfdaşlıq barədə razılıq əldə edən şirkətlər yeni sahələrdə, o cümlədən pilotsuz avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcəklər.

Bu planın təsdiqi barədə qərar avqustun 28-də hər iki şirkətin direktorlar şuralarının ayrı-ayrılıqda keçirilən iclaslarında qəbul edilib.

Bildirilir ki, “Toyota” şirkəti “Suzuki”nin təqribən 900 milyon dollar dəyərində olan səhmlərinin 5 faizini alacaq. “Suzuki” şirkəti isə qarşı tərəfin 450 milyon dəyərində səhmlərini əldə edəcək./fins.az/

www.yenicag.az

467
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM